Axtarış...

Apple bir sıra boşluqları aradan qaldırdı.

 Apple OS X, iOS, Apple TV və Safari kimi məhsullarında bir sıra boşluqları aradan qaldırdı.

Apple şirkəti OS X və iOS əməliyyat sistemləri, həmçinin Apple TV resiverləri və safari brauzeri üçün mövcud bir sıra boşluqları aradan qaldıran yeniləmələri buraxdı. OS X üçün olan 2015-004 nömrəli bülleten Apple –dan olan əməliyyat sistemində yaranmış 41 boşluğu aradan qaldırıb. Aradan qaldırılmış boşluqlar haqda olan yenilənmələr OS X 10.8 Mountain Lion, OS X 10.9 Mavericks və OS X 10.10 Yosemite əməliyyat sisteminin istifadəçiləri üçün artıq hazırdır. O özündə Safari brauzerinin yenilənmiş versiyasını və yeni Photos tətbiqetməsini cəmləyir.

İOS 8 əməliyyat sistemi üçün olan 8.3 versiyasının yenilənməsində 39 boşluğun aradan qaldırıldığı bildirilir. Qeyd etmək istəyirik ki, Apple TV 7.2 versiyasında 18 və Safari brauzerində isə 6 boşluq aradan qaldırıldı.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.cert.gov.az saytına istinad zəruridir.

 

© 2011-2024 Bütün Hüquqlar Qorunur