Axtarış...

XƏBƏRDARLIQ !!! 16 milyon mobil qurğu virusa yoluxub.

 Belə ki, bu virusun köməkliyi ilə xakerlər smartfonun dəqiq yerləşdiyi yeri və giriş çıxış zənglərini idarə edə bilərlər. Alcatel-Lucent Motive Security Lab-dan olan tədqiqatçılar 2014-cü ilin hesabatında bildirdilər ki, xakerlər qəliz konfiqurasiyaya malik zərərverici proqram təminatının köməkliyi ilə 16 milyon istifadəçinin mobil telefonundan şəxsi məlumatları əldə etmişlər.

Əldə olunmuş təhqiqat məlumatları göstərir ki, 2014-cü ildə mobil qurğulara yönəlmiş kiberhücum 25 % artmışdır. Android və Windows Phone -u isə ən populyar smartfonlar saymaq olar. Android kənar mənbələrdən yoxlanışmamış tətbiqetmələri yükləmək imkanına malik olduğundan daha çox bu kiberhücuma məruz qalır. İPhone və Blackberry smartfonlarının 1% -i bu hücumla üzləşib.

Yeni viruslar aşağıdakı göstərilən məlumatları əldə edə bilirlər:

1. Smartfonun yerləşmə yeri haqqında məlumat

2. Giriş və çıxış zənglərinə nəzarət

3. SMS

4. Elektron poçt 

5. Veb brauzerin işini izləyə bilir.

KOMPÜTER İNSİDENTLƏRİNƏ QARŞI MÜBARİZƏ MƏRKƏZİ bildirir ki, təhlükəsizlik qaydalarına qeyri ciddi yanaşan mobil qurğuların sahibləri öz şəxsi informasiyalarına nəzarəti itirmiş olur.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.cert.gov.az saytına istinad zəruridir.

 

© 2011-2024 Bütün Hüquqlar Qorunur