Axtarış...

9 Fevral Beynəlxalq Təhlükəsiz İnternet günüdür

9 Fevral Beynəlxalq Təhlükəsiz İnternet günüdür

 Avropa Komissiyasının qərarı ilə 2004-cü ildə təsis edilən Beynəlxalq Təhlükəsiz İnternet Günü (İnternational Safer Internet Day) ənənəvi olaraq hər il fevral ayının ikinci həftəsinin çərşənbə axşamı günündə təşkil edilir.

Bu əlamətdar hadisə dünyanın 60-dan çox ölkəsində müxtəlif şüarlar altında qeyd olunur. Tədbirlər qeyri-hökumət təşkilatı olan INSAFE (European Safer Internet Network - Avropa Təhlükəsiz İnternet Şəbəkəsi) tərəfindən koordinasiya edilir. INSAFE - Avropa Komissiyasının iştirakı ilə yaradılan milli təşkilatlar şəbəkəsidir. Təşkilatın əsas missiyası təhlükəsiz İnterneti təbliğ etmək, xüsusən də gələcək nəsilləri qlobal şəbəkədəki mövcud təhdidlərlə bağlı məlumatlandırmaq, maarifləndirmə işləri aparmaqdır. INSAFE təşkilatı Avropanın 26 ölkəsinin təhsil nazirlikləri nümayəndələrinin daxil olduğu European Schoolnet konsiliumu tərəfindən idarə edilir.

Hazırda 110-dan çox ölkədə qeyd edilən Beynəlxalq Təhlükəsiz İnternet Günü 2004-cü ildən Avropa Komissiyasının “Təhlükəsiz internet” proqramı çərçivəsində fəaliyyət göstərən Avropa Təhlükəsiz İnternet Şəbəkəsi (European Safer Internet Network) tərəfindən təşkil olunur.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.cert.gov.az saytına istinad zəruridir.

© 2011-2024 Bütün Hüquqlar Qorunur