Axtarış...

DİQQƏT !!! Xsser mRat troyanı İOS qurğulara yoluxur

 Akamai Technologies şirkətinin təhqiqatçıları Xsser mRat mobil troyanına aid xəbərdarlıq yayıblar, hansı ki, İOS və Android platformalarında çalışan qurğular üçün real təhlükə yaradır. Araşdırmalar göstərir ki, Xsser-in tətbiq olunmasının arxasında istifadəçilərə məxsus şəxsi (məxfi) məlumatları əldə etmək istəyən kibercinayətkar qruplaşma dayanır.

Sözügedən troyanın ilk aktivliyi bu ilin sentyabr ayında Asiyada qeydə alınıb. O, internet provayderlərinə, web tətbiqetmələrinə və proqram təminatı istehsalçılarına hücum üçün istifadə olunurdu. Akamai Prolexic - in mütəxəssisinin sözlərinə görə C&C troyan serverinin sönülü olmasına görə irimiqyaslı hücumlardan qaçmağa müvəffəq olduq. Bununla yanaşı zərərverici müxtəlif cür modifikasiya olunub və indi İOS qurğulara da hücumlar həyata keçirir. Məlumat üçün bildiririk ki, yoluxmuş qurğu müxtəlif məqsədlər üçün istifadə oluna bilər. Məs: DDoS hücumun həyata keçirilməsi, mobil qurğu sahibinə nəzarət, istifadəçi adı və şifrələrin oğurlanması və s. Nəzərə alsaq ki, dünyada 1 milyard mobil telefon istifadəçisi var və bu zərərverici şəxsi informasiyaların konfidensiallığına böyük təhdid yarada bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən  www.cert.gov.az saytına istinad zəruridir.

© 2011-2024 Bütün Hüquqlar Qorunur