Axtarış...

DİQQƏT !!! Whatsapp - da boşluq aşkar olundu.

DİQQƏT !!! Whatsapp - da boşluq aşkar olundu.

Dekabrın 4-də 17 yaşlı Hindistandan olan 2 nəfər şəxs  Indrajeet Bhuyan və Saurav Kar məşhur tətbiqetmə olan whatsapp-da boşluq aşkar olunmuşdur (bütün versiyalarda 2.11.431 və 2.11.432). Boşluq xüsusi koddan ibarət mesajın messencerə göndərilməsilə uzaq məsafədən tətbiqin işini məcburi dayandırmağa imkan verir.

KOMPYUTER İNSİDENTLƏRİNƏ QARŞI MÜBARİZƏ MƏRKƏZİ bildirir ki, proqramın işini dayandıran mesaj 2000 simvoldan ibarətdir və 2 KB həcmdədir. 

Maraqlısı odur ki, mesaj almış istifadəçi onu silmək üçün dialoq pəncərəsinə qayıda bilmir, bunu etmək istədikdə isə whatsapp bağlanır. Yalnız bütün yazışmaları silməklə yenidən proqramdan istifadə mümkündür. Mütəxəssislər bildirirlər ki, aşkar olunmuş boşluq Android əməliyyat sisteminin bütün versiyalarında (kitkat, jelly bean) uğurla istifadə olunur.

© 2011-2024 Bütün Hüquqlar Qorunur