Axtarış...

VİRUSLU maillər barədə XƏBƏRDARLIQ !!!

Son zamanlar Azərbaycan üzərində bir sıra spam və yoluxmuş faylların tranzaksiyasında aktivlik müşahidə olunur. Müşahidə olunan aktivlik müxtəlif ölkələr üzərindən, müxtəlif ip ünvanlarla o cümlədən müxtəlif mail hosting və mail istifadəçiləri tərəfindən ölkəmizdəki e-mail istifadəçilərinə "my new photo ;)" mövzusu ilə və "my_photo.zip", "iphone_photo.zip" , "photo.zip", "transact_store.zip"  bu kimi digər əlavələrlə (attachment) VİRUSLU məktublar göndərilir.

Aktivliklə əlaqədar CERT.GOV.AZ bütün e-mail istifadəçilərini diqqətli olmağa çağırır və e-mail istifadəçilərini bu kimi mailləri açmaması və dərhal silməsi üçün Xəbərdarlıq edir!

Bu kimi maillərin alınması və əlavədəki faylların açılması sizin kompüterinizi və məlumatlarınızı o cümlədən, qurumunuzun, təşkilatınızın, şirkətinizin şəbəkəsindəki digər kompüter və ya hər hansı informasiya daşıyıcı və vasitələrini təhdid qarşısında qoyur.


Əlavə olaraq bildirək ki, CERT.GOV.AZ-ın Malware lab analiz nəticəsində virus tərəfindən "Drop" olunmush aşağıdakı fayllar analiz üçün ələ keçirilib.

33e1da2d24aff84ba64b866e041d8bc6 *csrr.exe
13e736ed2a75e978544a2467eb099707 *KB01971915.exe
89ac6cb3e310726918dbfbc09a7289f6 *KB01974426.exe
13e736ed2a75e978544a2467eb099707 *rundll32.exe
13e736ed2a75e978544a2467eb099707 *svchost.exe

Bu malware(virus) sistem proseslərinin adından istifadə etdiyi üçün, İstifadəçilər bu proseslərə rast gəldiyi zaman həmin proseslərin "Verified" və ya "Unverified" olmasına diqqət yetirməlidir.  

Misal: Burdakı "svchost.exe"  orijinal "svchost.exe" faylından fərqini aşağıdakı şəkildə göstərilən kimi fərqləndirə bilərsiniz. Əgər yuxarıda göstərilən faylların proseslərini görürsünuzsə və "*.exe" faylları  "Verified" deyilsə deməli proses virusa aiddir.

© 2011-2024 Bütün Hüquqlar Qorunur