Axtarış...

Chrome brauzerinin bəzi uzantıları zərərverici aktivlik göstərirlər

Chrome brauzerinin bəzi uzantıları zərərverici aktivlik göstərirlər

  Bir müddət öncə San Dieqoda baş tutmuş Usenix Security Symposium informasiya təhlükəsizliyi konfransının gedişində təhlükəsizlik ekspertləri Chrome brauzeri ilə bağlı həyəcan doğuran statistik məlumat yayıblar. Kaliforniya universitetindən olan ekspertlərin sözlərinə görə analiz zamanı 48000 əlavədən 130-u zərərverici kimi fəaliyyətdədir və əlavə olaraq 4712-si isə şübhəli aktivlik göstərir. Təhqiqatçı Aleksandros Kapravelos izah etdi ki, "Sadəcə uzantını yükləməklə zərərverici aktivliyi müşahidə etmək mümkün deyil. Bunun üçün zəruri olaraq müvafiq veb saytlara daxil olmaq lazımdır."

  Bu cür ətraflı analiz üçün mütəxəsislər HULK monitorinq sistemini hazırladılar, hansı ki, müxtəlif portalları ziyarət edən istifadəçi ilə birgə uzantının da işinə nəzarət edir. Bundan başqa ekspertlər "HoneyPages" adlanan bir neçə veb səhifə yaradıblar ki, zərərverici proqramların qeyri-leqal işlərini əngəlləməyə kömək etsin.

© 2011-2024 Bütün Hüquqlar Qorunur