Axtarış...

Diqqət !!! Facebook sizin sms-lərinizi oxuyur.

 Yanvarın 27-də Facebook şirkəti android platformasında çalışan mobil telefonlar üçün facebook tətbiqetməsinə yenilənmə buraxmışlar. Belə ki, tətbiqetmənin yenilənməsi yüklənən zaman əlavə icazələr bölümündə "SMS və MMS məktubları oxumasına icazə vermək" adlı imtiyazları qəbul etmək tələb olunur. 

Nəzərə alsaq ki, əksər istifadəçilər bu kimi etibarlı tətbiqetmələrdən olan yenilənmə və ya yüklənmə bildirişlərinin mətnini oxumadan qəbul edirlər. Belə ki, yükləndikdən sonra mobil tətbiqetməsi sms məktublardan əlavə telefonunuzun yaddaşına qeyd edilmiş nömrələr, zənglər haqda informasiya, telefonunuza yüklənmiş tətbiqetmələrin siyahısı və s. kimi şəxsi informasiyaları əldə edə bilir. Tətbiqetmə vasitəsilə istifadəçiyə məxsus məlumat və faylları heç bir bildiriş olmadan telefonunuzdan köçürmək mümkündür. Şirkətdən bildirilir ki, sms-i oxumaq yalnız və yalnız Facebook akkaunta bağlı olan mobil nömrənin düzgünlüyünü yoxlamaq üçündür.

KOMPÜTER İNSİDENTLƏRİNƏ QARŞI MÜBARİZƏ MƏRKƏZİ təhlükəsizlik məqsədilə mobil telefonunuza mənbəyi məlum olmayan tətbiqetmələri yükləməyinizi tövsiyyə etmir.

© 2011-2024 Bütün Hüquqlar Qorunur