XÜSUSİ DÖVLƏT MÜHAFİZƏ XİDMƏTİ
XÜSUSİ RABİTƏ VƏ İNFORMASİYA
TƏHLÜKƏSİZLİYİ DÖVLƏT AGENTLİYİ

KOMPÜTER İNSİDENTLƏRİNƏ QARŞI MÜBARİZƏ
MƏRKƏZİ

İnsident bildir

Xəbərlər > Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi dövlət qulluqçularına mobil qurğularla ehtiyatla davranmağı tövsiyə edir.

18 Dek 2013

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX) Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi (CERT) bütün istifadəçilərə xüsusən də dövlət qulluqçularına mobil qurğularla ehtiyatla davranmağı tövsiyə edir.

Mobil qurğu istifadəçiləri şəxsi konfidensial məlumatların yayılmasından, virusa yoluxmadan ehtiyat etmək məqsədi ilə zəruri olmayan applikasiyaları (tətbiqləri) mobil telefonlarına yazmaqdan çəkinməlidirlər. İstifadəsi zəruri olmayan tətbiqlər isə mobil qurğulardan silinməlidir. Hər hansı mobil tətbiq endirilərkən və mobil qurğuya quraşdırılarkən istifadəçi razılaşmasına  (user agreement) diqqət yetirmək, onu diqqətlə oxumaq, hansı informasiyalara müdaxilə icazəsinin olduğuna diqqət yetirmək vacibdir! Çünki mobil tətbiqlər quraşdırılarkən istifadəçi razılaşması vasitəsiylə sizin konfidensial məlumatlarınızı əldə etmək barədə sizdən icazə istəyir. Bir çox hallarda isə istifadəçilər buna diqqət etmədən istifadəçi razılaşmasını oxumadan "quraşdır" düyməsini vuraraq birbaşa quraşdırma əməliyyatıına keçir.

Mobil tətbiqlərdən istifadə edirsinizsə, mobil qurğularda internet traffikinə nəzarət hissəsində mövcud olan vasitələrdən istifadə edərək istifadə etdiyiniz mobil tətbiqlərin arxa fonda məlumat mübadiləsinə qadağa qoyun. Mobil antiviruslardan istifadə edin. Mobil qurğuları yaddaş diski kimi istifadə edib, konfidensial məlumatlarınızın daşınması və ya saxlanması üçün istifadə etməyin. Mobil qurğulardan e-mail poçtunuza daxil olmayın. Bir çox spam applikasiyalar sizin qoşulmuş olduğunuz e-mail poçtunuzdan spam məqsədi ilə istifadə edə bilər.

 

 

 

 

 

 Ən təhlükəli icazə səviyyələri:

Access SMS/MMS - mesajların oxunması və ya sizin adınızdan mesaj göndərmə

Access Photo/Video/Voice - şəkil, video və səs yazılarına icazə

Record Audio/Video - mobil qurğunuzun kamerasından və ya mikrafonundan istifadə etməklə sizi dinləmək və məlumat yığmaq

Access Browser History - internetə giriş üçün istifadə etdiyiniz browserin yaddışına icazə, yani - girdiyiniz saytların siyahısı o cümlədən istifadə etdiyiniz parollar

Track location - GPS sistemini açıq saxlayaraq sizi izləmə funksiyası

Access Contacts - telefon kitabçasına icazə

Access Identity - mobil qurğu haqda məlumatın əldə edilməsinə icazə