Axtarış...

Mobil troyan istifadəçilərin bank hesablarına yol tapdı

 Bu ilin yayında Kasperski Laboratoriyasının mütəxəsisləri tərəfindən aşkar olunmuş və istifadəçilərin android smartfonlarından bank hesablarına "yol" tapan Svpeng mobil troyanı ciddi təhlükələr yaradıb.

Belə ki, troyanın yeni modifikasiya olunan funksionalının əsas xüsusiyyəti ondan ibarətdir ki, bank əlavəsinin açıq pəncərəsi fişinqlə əvəz olunur. Beləliklə istifadəçinin saxta pəncərədə daxil etdiyi internet-bankinq hesabı haqqında istənilən informasiya birbaşa xakerlərə ötürülür. “Svpeng” troyanının yarandığı  üç ay ərzində “Kasperski Laboratoriyası” bu zərərverici proqramın 50-yə yaxın modifikasiyasını aşkar edib, Android platforması üçün Kaspersky İnternet Security proqramı isə eyni vaxt ərzində 900-dən çox troyan fəaliyyətini bloklayıb.

Smartfona düşdükdən sonra bu zərərverici özünün müdafiəsi üçün aşkar edilməsini və ləğvini çətinləşdirən bir çox tədbirlər görür. Svpeng Android-də öncə məlum olmayan boşluğu istifadə edir, bunun sayəsində telefonun zavod sazlanmasını dəyişdirə bilər ki, onu silə bilməsinlər. Bu vəziyyətdə yeganə üsul olaraq  Android üçün Kaspersky İnternet Security proqramıdır, hansı ki, bu zərərverici proqramı smartfondan ləğv edə bilər.

Svpeng mobil troyanı xakerlər tərəfindən tez-tez istifadə olunan məşhur xidmətlərin adından sosial mühəndisliyin köməyi ilə spam yayırlar.

© 2011-2024 Bütün Hüquqlar Qorunur