Axtarış...

Azərenerji ASC-nin veb səhifəsinə haker müdaxiləsi haqqında yayılan məlumatlar barədə

Azərenerji ASC-nin veb səhifəsinə haker müdaxiləsi haqqında yayılan məlumatlar barədə

Bəzi kütləvi informasiya vasitələrində Azərenerji ASC-nin veb saytının sıradan çıxarılması və oradan bəzi sənədlərin əldə edilməsi barədə gedən infomasiyalarla əlaqadar qeyd etmək istəyirik ki, Azərenerji ASC-nin www.azerenerji.gov.az veb saytına heç bir müdaxilə halı qeydə alınmamışdır və sayt normal fəaliyyət göstərir. Həmçinin qeyd etmək istəyirik ki, Azərenerji ASC-nin saytında heç bir məxfi və ya konfidensial sənəd saxlanılmır. Burada yerləşdirilən məlumatlar ümumi istifadə üçündür və hər bir istifadəçi bundan istifadə edə bilər. Azərenerji ASC-yə aid sözügedən sənədlərin kənar şəxslər tərəfindən necə əldə edilməsinin müəyyən edilməsi və veb saytın sıradan çıxarılması barədə yayılmış yanlış məlumatın aydınlaşdırılması istiqamətində tərəfimizdən Azərenerji ASC-nin mütəxəssisləri ilə birlikdə araşdırmalar aparılır.

© 2011-2024 Bütün Hüquqlar Qorunur