Axtarış...

Zərərverici sayt yeniləmələr yükləyir.

 ThreatTrack Security - nin mütəxəsisləri zərərverici sayt müəyyən ediblər. Onun köməkliyi ilə avtomatik olaraq Internet Explorer, Chrome və Firefox brauzerlərinə saxta yeniləmələr yüklənilir. ThreatTrack Security bununla da qeyd edir ki, istifadəçinin kompyuterinə zərərverici yeniləmələr yükləyən browseratrisk.com saytını bağlamaq da kifayət qədər çətindir.

Brauzerin yenilənməsinin sonuna yaxın istifadəçi kompyuter Sirefef və Shylock proqramının versiyasından birinə yoluxur. Shylock yoluxmuş sistemdən məxfi informasiyaları "oğurlayır", bu vaxt ərzində isə Sirefef yoluxmuş qurğuda sistemin qorunmasını dayandırır və ona əlavə zərərverici komponentlər yükləyir. 

Kompyuter İnsidentləri qarşı Mübarizə Mərkəzi internet istifadəçilərinə yalnız etibarlı mənbədən yeniləmələr yükləməyi tövsiyyə edir.

© 2011-2024 Bütün Hüquqlar Qorunur