Axtarış...

WhatsApp - dakı yazışmalarınızı istənilən smartfondan oğurlamaq olar.

WhatsApp - dakı yazışmalarınızı istənilən smartfondan oğurlamaq olar.

 G-Data Security Lab şirkətinin mütəxəsisləri Android telefonlarda məktub paylaşması üçün məşhur tətbiqetmə olan WhatsApp - da boşluq aşkar ediblər. WhatsApp - da giriş-çıxış verilənlər axını şifrələnmir, ona görə də xidmət tərəfindən ötürülən informasiya (məktub və ya şəkil) wi-fi əlaqəsində olan digər istifadəçilər tərəfindən "oğurlana" bilər.

Həmçinin bu boşluq istifadəçi yazışmalarının saxlandığı verilənlər bazasında da mövcuddur. Ora da "sındırılmış" Android telefonlar vasitəsilə rahatlıqla daxil olmaq olar. WhatsApp - ın proqramçıları açıq şəkildə bu boşluğun olması faktını təsdiqləyiblər.

Lakin hələ ki, bu boşluğun qarşısında acizdir və istifadəçilər isə təhlükəli tətbiqetməni yükləməkdə davam edirlər.

Öz yazışmalarımızı necə qoruyaq ?

G-Datanın mütəxəsislərinin fikrincə öz yazışmanızın məxfi qalması üçün yeganə üsul ünsiyyətdə olduğunuz bütün istifadəçilərin mobil operatorun internetindən istifadə etməsidir. Əgər istifadəçilərdən 1 - i ümumi şəbəkəyə qoşularsa bu zaman informasiya sızma təhlükəsi yaranar. Sözsüz ki, GSM-dən oğurlanan informasiya üçün zərərverici şəxsin hər bir kəsdə olmayan avadanlığı və qəliz zərərverici kodu olmalıdır.

 

© 2011-2024 Bütün Hüquqlar Qorunur