XÜSUSİ DÖVLƏT MÜHAFİZƏ XİDMƏTİ
XÜSUSİ RABİTƏ VƏ İNFORMASİYA
TƏHLÜKƏSİZLİYİ DÖVLƏT AGENTLİYİ

KOMPÜTER İNSİDENTLƏRİNƏ QARŞI MÜBARİZƏ
MƏRKƏZİ

İnsident bildir

Xəbərlər > Kernel Panic nədir ?!

22 May 2013

 Kernel Panic (ing. nüvədə olan xəta) - əməliyyat sisteminin nüvəsində olan kritik xətalar haqqında bildirişdir, hansı ki, bundan sonra əməliyyat sistemi öz fəaliyyətini davam etdirə bilmir. Adətən bu termin Unix tipli əməliyyat sistemləri dairəsində qəbul edilir. Nüvə bazası Linux-dan qaynaqlanan Androiddə də Kernel Panic mümkündür.

Qısa tarixi arayış

Kernel Panic - in tarixi Unix əməliyyat sistemlərinin tarixi ilə sıx əlaqəlidir, hansı ki, Bell Labs şirkətinin əməkdaşları tərəfindən 1960-cı ilin sonlarında hazırlanmışdır.

Kernel Panic konsepsiyalarının və Unix - in yaradıcıları Ken Tompson və Denis Ritçi

Kernel Panic - in yaranma səbəbləri

Kernel Panic - in ən çox yayılmış səbəblərindən biri də fayl sisteminin tapılmaması və təmirinin mümkünsüzlüyüdür. Əsasən bu konfiqurasiyanın səhvidir və bu da nüvənin işini yenidən başlatmaqla (restart) aradan qaldırılır. Kernel Panic - in bu kimi digər hallarının çoxusunun səbəbi kritik qurğu xətası və ya fayl sistemi göstərilə bilər. Nəzərinizə çatdırmaq istərdik ki, Google Chrome MacOSX - da Kernel Panic əmələ gətirmişdir.

Unix-də panic () funksiyasının çıxış kodları:

 char *panicstr;
/*
* Panic is called on unresolvable
* fatal errors.
* It syncs, prints "panic: mesg" and
* then loops.

*/
panic(s)
char *s;
{
panicstr = s;
update();
printf("panic: %s\n", s);
for(;;)
idle();
}

Kernel Panic - in emalı

Kernel Panic-in əmələ gəlməsi zamanı normal halda ekrana xəta haqqında bildiriş çıxmaqla əməliyyat  sisteminin işi dayanır, belə ki, bundan sonra kompyuter ya sönür ya da işini yenidən başladır. GNU/Linux, FreeBSD və Solaris kimi müasir əməliyyat sistemlərində standart panic () funksiyasını dəyişməklə kompyuterin işini yenidən başlatmaq imkanı mümkündür. GNU/Linux - da bu dəyişiklik procfs - in köməkliyi ilə həyata keçirilir.

echo 5 > /proc/sys/kernel/panic

Dəyişikliklərin GNU/Linux - a təsir etməsi üçün /etc/sysctl.conf sətirinə fayl əlavə etmək zəruridir.

kernel.panic=5

Kernel Panic - ə təyin olunan dəyər neçə saniyədən bir yenidən başlatmanın işə düşməsinin sayını göstərir.

# Set the amount of time (in seconds) the system will wait before
# rebooting automatically when a kernel panic occurs. If set to (-1),
# the system will wait indefinitely until a key is pressed on the
# console.
options PANIC_REBOOT_WAIT_TIME=16

Kernel Panic müxtəlif əməliyyat sistemlərində:

Əvvəllər Kernel Panic haqqında bildiriş sistemin zəruri olaraq yenidən başladılması haqqında kiçik bir mətnlə məhdudlaşdırırdı. Lakin müasir sistemlərdə adətən daha çox əlavə informasiya verilir.

1) Unix tərkibli əməliyyat sistemlərində xətanın təsviri ilə bağlı log yaradılır və ekrana tərkibində bildiriş olan informasiya çıxır.

2) MacOSX - ın əvvəlki versiyalarında xəta haqqında olan informasiya ekrana verilir və bundan sonra sistem tam olaraq işini dayandırır.

3) Microsoft Windows - un bir çox versiyalarında isə sistem göy ekranın (BSOD) verilməsi ilə dayanır və xəta haqqında qısa bildiriş verilir.