Axtarış...

Microsoft İnternet Explorerdə boşluq aşkar olunmuşdur.

                       

Xakerlər bu boşluqdan dövlət müəssisələrinin saytlarının istifadəçilərinə hücum məqsədilə istifadə etmişdir. Ötən həftənin çərşənbə günü ABŞ - ın Əmək Nazirliyinə və Energetika Nazirliyinə silsilə hücumlar həyata keçirilmişdir. İlkin araşdırmalara görə belə düşünülürdü ki, xakerlər İnternet Explorer üçün hər hansısa eksploitdən istifadə etmişlər. Lakin ətraflı aparılan təhqiqatlar zamanı aydın oldu ki, sayt istifadəçilərinə 0day CVE-2013-1347 boşluğunun köməyi ilə hücum olunmuşdur.

Hələlik yaranmış boşluq haqda hər hansı bir açıqlama verilməsə də, Kompyuter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi sizə İnternet Explorerin boşluq olan versiyasından istifadə etməyi məsləhət görmür.

© 2011-2024 Bütün Hüquqlar Qorunur