Axtarış...

Google-dan şəxsi məlumatları necə silməli: mərhələli təlimat

Google-dan şəxsi məlumatları necə silməli: mərhələli təlimat

 Google şirkəti istifadəçilər haqqında çox məlumat alır, lakin bu barədə istifadəçi razılaşmasında dürüst şəkildə xəbərdarlıq edir. O, sizin şəbəkədə nə axtardığınızı, nə ilə maraqlandığınızı, daxil olduğunuz saytları və daha bir çox məlumatı bilir. Söhbət dünyanın ən tanınmış axtarış sistemi Google-dan gedir. "Google servislərindən  istifadə edən zaman siz bizə şəxsi məlumatlarınızı etibar edirsiniz" – bu sözlərlə məxfilik siyasətinin təsvir olunduğu istifadəçi razılaşmasının bölməsi başlayır. Texnoloji şirkət öz istifadəçilərinə onları nələrin gözlədiyi barədə dəqiq məlumat verir. Lakin çoxları bilmir ki, Google “Mənim hərəkətlərim” bölməsində saxlanılan istənilən məlumatı silmək imkanı verir.

Şəbəkədə hərəkətlərimiz barədə məlumatları necə silməli?

Google axtarış sistemlərinə müraciət etdiyiniz zaman şirkət bu məlumatı hesabınızla əlaqələndirərək saxlayır. Axtarış sistemi həmçinin hər bir hərəkəti, məsələn Google forma və ya anketlərinin doldurulması, həmçinin Gmail poçtu ilə işi qeydə alır. Bütün bu məlumatlar  "Mənim hərəkətlərim" səhifəsində toplanıbməhz bu səhifəyə yönəlmək lazımdır. 

Burada müəyyən Google səhifələri və ya məhsullarını seçmək və onlarda saxlanılan məlumatı silmək mümkündür. Həmçinin gün və ya müəyyən zaman kəsimi ərzində bütün tarixçəni silmək mümkündür. Ən radikal addım bütün vaxt ərzində məhsullar barədə məlumatları silməkdir. Bu əməliyyatı yerinə yetirməzdən əvvəl Google ola biləcək fəsadlar barədə xəbərdarlıq göndərəcək, buna baxmayaraq axtarış tarixçəsi və ya Google tətbiq və məhsullarından istifadə tarixçəsinin silinməsi hesabınıza təsir etməyəcək.

YouTube-də bütün hərəkətlər tarixçəsini necə silməli?

YouTube video hostinqinin məxsus olduğu Google saytda baxdığınız çarxları da izləyir. Lakin bu məlumatı tez silmək mümkündür. “Tarixçə” tab vərəqəsində iki seçim mövcuddur: "Axtarış tarixçəsini sil" və “Baxış tarixçəsini sil". Ayrı-ayrı axtarış sorğularını və ya izlənilən videoları da silmək mümkündür.

Həmçinin servisə baxış tarixçəsini saxlamağı qadağan etmək olar.

Reklam verənlərin əldə etdiyi informasiyanı necə silmək olar?

Google təkcə istifadəçilər haqda məlumat toplamır, o həmin informasiyanı reklam verənlərə və partnyorlarına ötürür. Məhz ona görə də siz az öncə axtarış verdiyiniz sorğuya uyğun reklam kontenti ilə qarşılaşırsınız. Lakin burda qorxulu heç bir şey yoxdur. Google sizin haqqınızda nələr ötürdüyünü rahatlıqla öyrənə bilərsiniz.

Bunun üçün siz Google akkauntunuza, sonra isə “Məxfilik” (Personal info & privacy) bölməsinə daxil olmalısınız. Burada bizi “reklam üstünlüklərinin ayarları” (Ads settings) daha sonra “reklam ayarları” maraqlandırır. Bu funksiya söndürüldükdən sonra axtarış sistemi sizin haqda olan məlumatlardan reklam seçimi üçün istifadə edə bilməyəcək. Lakin reklamdan tam olaraq imtina üçün isə hər hansı bir funksiya nəzərdə tutulmayıb.

© 2011-2024 Bütün Hüquqlar Qorunur